Azərbaycanda ana 3 uşağını atıb, başqa kişiyə qaçdı - "Zamiqlə münasibətim var..." - VİDEO

Baxış sayı:
9346

Ötən gün "Gəl dərdini danış"da 3 uşağını atıb evdən qaçan Mətanətin açıqlamaları izləyənləri özündən çıxardıb.

Zamiq adlı şəxs Amil Xəlilin verilişinə çıxaraq Sevda adlı qadının onu aldatdığını bilirib. Bu zaman da Sevda xanım Space Tv-yə yox ayrı kanala üz tutub ki, bəs Zamiq onu şantaj edir. Bəlli olub ki, üz tutduğu kanalda vəkil xanım elə Sevdanın əvvəllər də işinə yarayan vəkil olub. Məhz buna görə də o, başqa verilişə çıxmaqda maraqlı olub. Zamiqə borclu olan Sevda sən demə Mətanət ilə Zamiqin yoldaşlığını qısqanırmış. Bunu Mətanət efirdə iddia edib. İş o yerə çatıb ki, Sevda adlı qadın Mətanəti ərinə zəng edərək Zamiqlə münasibətlərinin olduğunu deyib. 

Bir sözlə iki qadın bir kişi üstündə mübahisə ediblər. Xatırladaq ki, Zamiq də evlidir və 2 uşağı var. Mətanətin əri hər şeydən xəbər tutanda isə Mətanət 3 uşağını atıb evi tərk edib. Amma ötən gün balalarını atmadığını deyən Mətanət evdən qovulduğunu bildirib. "Onunla münasibətim var. Mənə Zamiq dəstək oldu. Biz sadəcə dostuq. Amma ərim qısanıb mənə şər atmaqdan çəkinmədi" deyə Mətanət bildirib.//Unikal.org