Azərbaycanda aliment ödəməyən müəllim dərs zamanı həbs edildi - VİDEO

Baxış sayı:
1045

Azərbaycan rəsm müəllimi dərs zamanı polis tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Space TV-də yayımlanan "Olar-olmaz" verlişində məlumat verilib. Araz adlı rəsm müəllimi 3 uşağına alimenti ödəmədiyi üçün dərs dediyi məktəbdən şagirdlərin gözü qarşısından polis bölməsinə aparılıb. Daha sonra məhkəmə qarşısına çıxarılan müəllimə 10 sutka həbs cəzası verilib.
Müəllim iddia edib ki, həyat yoldaşı ona məxsus evi və avtomobili anasının adına keçirdikdən sonra aralarında mübahisə yaşanıb. Bundan sonra yoldaşı onu məhkəməyə verərək bir uşaq üçün 500 manat aliment tələb edib.Məhkəmə qadının tələbini təmin edib. müəllim hər ay 1500 manat alimenti ödəməlidir. Onun sözlərinə görə, bu aliment olduqca çoxdur. Bu səbəbdən də ödəyə bilmir.