Azərbaycanda aktyor bıçaqlandı - Təfərrüat

Baxış sayı:
3622

Biləsuvar rayonunda aktyorun xəsarət almasının bəzi təfərrüatları məlum olub.
Toyda iştirak edən Mahir Mirişli ilə mərasim zamanı bir neçə şəxs arasında mübahisə yaranıb. Toy sahiblərinin köməyi ilə mübahisə edən şəxslər sakitləşdirilib. Daha sonra mübahisə edən şəxslər M.Mirişlini evindən çağıraraq, ona çənə nahiyəsindən kəsici-deşici alətlə xəsarət yetiriblər. Hazırda M.Mirişlinin vəziyyəti sabitdir.
Faktla bağlı araşdırmalar davam etdirilir.