​Azərbaycanda 92 əcnəbi saxlanıldı - Səbəb

Baxış sayı:
11602

Dörd gün ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 92 əcnəbi saxlanılıb.
DMX-dən bildiriblər ki, saxlanılmış şəxslərdən 18-nin Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, 5-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 69-nun isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib.
Əcnəbilərdən 68 nəfər barəsində inzibati qərarlar qəbul edilib. Digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.