Azərbaycanda 8023 cinayət qeydə alınıb

Baxış sayı:
160

Cari ilin 9 ayı ərzində Bakıda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 8023 cinayət qeydə alınıb.

Bu bardə Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini, polis polkovniki Teymur Hacıyev İdarədə keçirilən geniş əməliyyat müşavirəsində deyib. 

O bildirib ki, həmin cinayətlərin 87,7 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 12,3 faizi isə ağır və xüsusilə ağır növlər olub.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlər 3,2 faiz, az ağır cinayətlər 1,5 faiz, böyük ictimai təhlükə törətməyən cinayətlər 9,5 faiz, adam öldürməyə cəhdlər 13,6 faiz, ehtiyatsızlıqdan adam öldürmə 20 faiz, mülkiyyət əleyhinə cinayətlər 12 faiz azalıb.

İstintaqı tamamlanan cinayət işləri üzrə vətəndaşlara vurulan maddi ziyanın 93,9 faizi ödətdirilib.