​Azərbaycanda 51 yaşlı kişi özünü niyə yandırdı - SƏBƏB MƏLUM OLDU

Baxış sayı:
2635

Dünən Mingəçevirdə 51 yaşlı kişinin özünü yandırmasının səbəbi məlum olub.
Şəhər sakini 51 yaşlı Zakir Süleymanov məişət zəminində baş vermiş mübahisədən sonra intihara cəhd edib.
İlkin araşdırmalar zamanı Z.Süleymanovun əsəb xəstəliyindən əziyyət çəkdiyi və qeydiyyatda olduğu məlum olub.
Qeyd edək ki, müxtəlif dərəcəli yanıq xəsarətləri alan Z.Süleymanov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir./Publika.az