Azərbaycanda 3030 boşanmış və 204 dul qalmış qadın yenidən ƏRƏ GEDİB

Baxış sayı:
10858

Azərbaycanda başanmış və dul qalmış insanların da yenidən ailə qurması halları az deyil. Bu barədə Modern.az-ın sorğusuna Dövlət Statistika Komitəsindən məlumat verilib. Komitə başanmış və dul qalmış vətəndaşların yenidən ailə qurması ilə bağlı 2018-ci il üzrə statistikanı təqdim edib. Məlum olub ki, 2018-ci ildə Azərbaycanda 62484 nikah bağlanıb. Rəsmi nikaha girənlərin ümumi statistikasında 5264 kişi boşanmış şəxslər olub. Əvvəlki ərindən boşanmış 3030 qadın da ötən il yenidən rəsmi nikaha girib. Ötən il 785 dul kişi və 204 dul qadın da yenidən nikaha girən vətəndaş olaraq Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən rəsmi qeydiyyata düşüb Rəsmi məlumata görə, boşanmış və dulların yenidən nikaha girmə sayında şəhər yeri kənd yerini qabaqlayır. 2018-ci ildə nikah bağlayanlardan 56435 nəfər kişi və 59250 nəfər qadın ilk dəfə ailə quranlar olub.