Azərbaycanda 3 nəfərin öldüyü hadisə ilə bağlı YENİ XƏBƏR: Cinayət işi açıldı - YENİLƏNDİ

"

Baxış sayı:
9388

Tovuzda 3 nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, fFvasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, axşam saatlarında 3 avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində, Tovuz rayon sakinləri, 1983-cü il təvəllüdlü Kamran Sakit oğlu Qasımov, 1964-cü il təvəllüdlü Nailə Yolçu qızı Murtuzəliyava və 1990-cı il təvəllüdlü Müzəffər İlqar oğlu Hüseynzadə ölüb.(Report)

*****
00:25

Tovuz rayonunda üç maşının toqquşması nəticəsində xəsarət alan və ölənlərin adları məlum olub.
Qəza nəticəsində Murtuzəliyeva Aysel Əhməd qızı, Murtuzəliyeva Ayşən Əhməd qızı, Murtuzəliyeva Vüqar Vüsal oğlu müxtəlif bədən xəsarətələri alıblar. Onlar dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Zəncirvari avtomobil qəzası zamanı ölən şəxslər isə Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü Müzəffər İlqar oğlu Hüseynzadə və 1983-cü il təvəllüdlü Qasımov Kamran Sakit oğludur.
Faktla bağlı araşdırma aparılır.

***
8 avqust 23:10

Tovuz şəhərində bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin giriş hissəsində qeydə alınıb. Üç avtomobilin toqquşması ilə nəticələnən qəzada ölən və yaralıların olduğu bildirilir.
Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır (Report).