Azərbaycanda 27 şəhidin məzarı açılacaq - Foto

Qarabağ müharibəsi zamanı şəhid olmuş 27 əsgərin məzarı açılacaq
Beyləqan şəhərində, "Cərcis Peyğəmbər" ziyarətgahında yerləşən naməlum əsgər məzarlarından nümunələr götürüləcək.
Həmin şəhidlər 90-cı illərdə gedən döyüşlərdə şəhid olan və şəxsiyyətlərini müəyyənləşdirmək mümkün olmayan əsgərlərdir. Nümunələr Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəhbərliyi ilə götürüləcək. 27 məzardan götürüləcək nümunələrin cavablarına əsasən onların kimin övladı, yaxud qohumu olması müəyyənləşdiriləcək.