Azərbaycanda 215 vəzifəli şəxs barəsində cinayət işi açılıb

"Bu il 215 vəzifəli şəxs barəsində 155 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib". 
Bunu jurnalistlərə açıqlamasında Baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. 
O, bildirib ki, hazırda Baş İdarənin icraatında 118 cinayət işi istintaq olunur: "Əvvəllər də qeyd etmişdim ki, bank sahəsi ilə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb. Eyni zamanda bank olmayan kredit təşkilatlarının, mənzil-tikinti sahəsinin vəzifəli şəxsləri barəsində cinayət işləri istintaq olunur".