​Azərbaycanda 163 nəfər koronavirus xəstəsi var – 23 NƏFƏRİN VƏZİYYƏTİ AĞIRDIR… / Rəsmi açıqlama

Baxış sayı:
1432

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata əsasən, onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.