Azərbaycanda 130 yaşı olan pensiyaçı var - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
2406

Bu gün Azərbaycanda yaşı 100-dən çox olan pensiyaçıların sayı 400 nəfərdir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd olunub ki, onlardan 27 nəfəri kişi, 373 nəfəri isə qadındır.

Ən yaşlı kişi pensiyaçı İbrahimov Hilal İsa oğludur. O, 1915-ci il təvəllüdlüdür. Bakı şəhərində yaşayır. Ən yaşlı qadın pensiyaçı isə 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır. O, Lənkəran rayonunda yaşayır.