Azərbaycanda 10 ayın gəlinindən TÜKÜRPƏDƏN ƏMƏL: gecə saat 3-də…

Baxış sayı:
8122

Ağdaşda dəhşətli intihar hadisəsi baş verib.
Ağdaş rayonun Tofiqkənd kəndinin sakini, keçən ilin iyun ayında rayonun Nehrəxəlil kəndinə gəlin köçmüş 1995-ci il təvəllüdlü İslamova Səidə Ağaməmməd qızı özünü Türyançaya ataraq intihar edib. O, ötən gecə saat 3 radələrində yaşadığı evdən çıxaraq kənddəki körpüyə gəlib və özünü çaya atıb. 24 yaşlı S.İslamovannı meyiti batdığı yerdən bir qədər aralıda aşkarlanıb.
Bildirilir ki, 10 ay əvvəl Nehrəxəlil kəndinə gəlin köçmüş Səidə İslamova 7-8 aylıq hamilə olub. O, gecə saatlarında yaşadığı evi tərk edərkən heç kimin xəbəri olmayıb.
Gənc qadının intiharının dəqiq səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./Publika