​Azərbaycana yaz nə vaxt gələcək?

Baxış sayı:
7417

Bu il yaz fəslinin Azərbaycana nə vaxt gələcəyi açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, 2019-cu ildə yaz fəsli Azərbaycana martın 21-i Bakı vaxtı ilə saat 01:58-də daxil olacaq. 
Bu zaman gecə ilə gündüz bərabərləşəcək. 
Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlanacaq.