Azərbaycana qanunsuz yolla dərman satmaq istəyən 41 nəfər saxlanıldı - TÜRKİYƏDƏ ƏMƏLİYYAT

Baxış sayı:
748

Türkiyədə Azərbaycana, Suriyaya, İrana və İraqa qanunsuz yolla dərman vasitələri satmaq istəyən şəxslər yaxalanıb.

Məlumatı “Anadolu” Türkiyə Daxili İşlər Nazirliyinə istinadən yayıb.

Əməliyyat-axtarış tədbirləri, Adana da daxil olmaqla, 11 vilayətdə keçirilib. Əməliyyat nəticəsində 41 nəfər, o cümlədən Adana Səhiyyə İdarəsinin rəis müavini, 4 həkim, 2 səhiyyə işçisi, 2 bioloq, 9 əczaçı, 13 əczaçılıq şirkətinin əməkdaşı saxlanılıb.

Qeyd olunub ki, onkoloji xəstələrin müalicəsi üçün nəzərdə tutulan preparatlar müvafiq məqsədlərlə istifadə edilməyib. Saxlanılan şəxslər onları qanunsuz yolla Azərbaycana, Suriyaya, İrana və İraqa satmağa çalışıblar.

İstintaq zamanı məlum olub ki, təqsirləndirilən şəxslər öz aralarında 12 milyon lirədən artıq məbləğdə pul köçürmələri həyata keçiriblər./Virtualaz.org