Azərbaycana payız gəldi

Baxış sayı:
1432

Payız fəsli Azərbaycana qədəm qoyub.

Muxalifet.az xəbər verir ki, sentyabrın 23-də yerli vaxtla saat 05:54-də gecə və gündüz bərabərliyi baş verib.
 
Bu gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.
 
Qeyd edək ki, Azərbaycanda qış fəsli dekabrın 22-si saat 02:22-də (qış Günəş qarşıdurması anı) daxil olacaq.