“Azərbaycana ən yüksək səviyyədə kadrlar lazımdır” – Səməd Seyidov

Baxış sayı:
6664

Prezident konkret fikir bildirdi. Artıq bu məsələ əyani sübutunu tapır. Özünüz görürsünüz ki, Nazirlər Kabinetində nə dərəcədə yüksək səviyyədə gənc kadrlar təmsil olunur. Bu proses davam etdiriləcək. Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri, Milli Məclisin komitə sədri Səməd Seyidov prezidentin gənc kadrları irəli çəkilməsinə dair son fikirlərini şərh edərkən deyib. Səməd Seyidov əlavə edib ki, cənab prezident bu barədə özünün konkret fikirlərini bildirib: “Yeniləşən, yüksək səviyyədə öz imzasını millətlərin içərisində qoyan Azərbaycana ən yüksək səviyyədə kadrlar lazımdır”.