​Azərbaycana gətirilən 22 qanunsuz miq­rant saxlanıldı - AVROPAYA GÖNDƏRİLƏCƏKDİLƏR

Baxış sayı:
684

Son həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­ril­­miş tədbirlər za­ma­nı 10 Türkiyə, 7 Pa­kistan, 4 Hindistan və 1 Türk­mənistan və­tən­da­şı olmaqla ümumilikdə 22 nəfər əcnəbi sax­­­lanılıb.
Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, araşdırma zamanı ölkədə qanunsuz ya­şadıqları üçün Dövlət Miqrasiya Xidməti tərəfindən saxlanılmış 9 Türkiyə vətəndaşının kül­lü miqdarda pul qarşılığında Avropaya gön­dərilmək məqsədi ilə Tür­ki­yə­də yaşayan Kenan Durmus tərəfindən Azərbaycana gətirildikləri məlum olub.
Belə ki, Kenan Durmus Azərbaycanda yaşayan iş adamı Suleyman Ka­yik­ciog­luna inşaat sahəsində birgə işləməyi vəd edib. O, Sulyeman Kayikciogluna məx­sus “İNSMARK” şirkəti tərəfindən qeyd olunan 9 əcnəbiyə iş və müvəqqəti yaşama ica­zəsi alınmasını təşkil edib, bundan sonra müxtəlif yollarla həmin şəxslər üçün Avropa ölkələrinə viza almağa cəhd göstər­ib. Lakin Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərin faktiki olaraq “İNSMARK” şirkətində işləmədikləri aşkarlanıb, onların ya­lan məlumat verməklə iş və müvəqqəti yaşama icazələri aldıqları müəyyən edilib. Bununla da, əcnəbilərə verilmiş vəsiqələr ləğv olunub.
Azərbaycanda müvafiq yaşama icazələri ləğv edil­miş əcnəbilər Kənan Durmuşun təkidi ilə Avropaya gön­də­ri­lə­cək­lə­ri­nə ina­na­raq, müx­təlif ünvanlarda gizlənməklə Azərbaycanı tərk etməkdən boyun qa­çırıblar. Lakin keçirilmiş tədbirlər nəticəsində həmin əcnəbilər saxlanılıb.
Saxlanılan digər əcnəbilərdən, ölkəyə gəlmiş 1 Türki­yə vətən­da­şı, 4 Hindistan vətən­daş­ı və 7 Pakistan vətən­da­şı, 1 Türk­mənistan və­tən­daşının ölkə əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duqları müəyyən edilib.
Qeyd olu­­nan əc­nə­bi­lə­­rin qanunsuz əməlləri tam sübuta yetirilib və faktlar öz təs­­diqini tapıb.
Dövlət Miqrasiya Xidməti tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə çər­çi­və­­sində tədbirlər da­vam etdirilir.