​Azərbaycana gələn hər üç turistdən biri rusiyalıdır

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 730 000 rusiyalı turist səfər edib.
Muxalifet.az trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Turizm Operatorları Assosiasiyasının hesabatında bildirilir.
Ümumilikdə, hesabat dövründə Azərbaycana 2,27 milyon xarici turist gəlib ki, bu da 2016-cı ilin ilk on ayı ilə müqayisədə 20 faiz çoxdur. Ölkəyə gələn turistlər arasında rusiyalılar çoxluq təşkil edib.
Bundan başqa, Azərbaycana İran, BƏƏ, Gürcüstan, Ukrayna və Türkiyədən də çoxlu sayda turist gəlib.