Azərbaycana bir ildə milyarddan çox pul köçürülüb

Baxış sayı:
10114

Ötən il Azərbaycana daxil olan pul baratları 1 milyard 80 milyon ABŞ dolları təşkil edib.
Muxalifet.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il üzrə pul siyasəti icmalına istinadla xəbər verir ki, keçən il iqtisadi tərəfdaş ölkələrində iqtisadi artımın davam etməsi qeyri-neft ixracı ilə yanaşı, ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib.
Belə ki, il ərzində ölkəyə daxil olan pul baratları 1 milyard 80 milyon dollar olub və bu, əvvəlki illə müqayisədə 6 faiz çoxdur.