Azərbaycana 26,3 milyon dollar yardım ayrıldı - KÜTLƏVİ QIRĞIN SİLAHLARI İLƏ BAĞLI

1999-cu ildən indiyə kimi EXBS proqramı çərçivəsində kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycana 26,3 milyon dollar məbləğində avadanlıq və maliyyə yardımı ayrılıb. 
Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Karter Vilbör deyib. 
O qeyd edib ki, Azərbaycan kütləvi qırğın silahlarına qarşı mübarizədə daim öz sadiqliyini göstərib.