Azərbaycan-Xorvatiya: hesab açıldı - CANLI YAYIM (YENİLƏNİR)

Baxış sayı:
14491

11-ci dəqiqədə Xorvatiya hesabı açdı. Qonaqların heyətində penaltidən Luka Modriç fərqləndi. *** 20:00 Azərbaycan-Xorvatiya matçı başladı. Oyunu buradan canlı yayımla izləyə bilərsiniz. *** 18:46 Azərbaycan və Xorvatiya milli komandalarının AVRO-2020-nin seçmə oyunu üçün start heyətləri açıqlanıb. "Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar: Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18.Anton Krivotsyuk, 21. Pavel Paşayev. 22. Cavid Hüseynov Xorvatiya: 1. Dominik Livakoviç, 3. Borna Barişiç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlasiç, 18. Ante Rebiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Karlo Bartolets Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. *** Avro-2020-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan - Xorvatiya oyunu canlı yayımlanacaq. Publika.az xəbər verir ki, qarşılaşma "CBC Sport" telekanalı vasitəsilə birbaşa nümayiş olunacaq. *** 09:09 Millimiz bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Millimizin "Bakcell Arena"da Xorvatiya ilə keçirəcəyi matç saat 20:00-da başlayacaq. Qeyd edək ki, millimiz bundan əvvəl keçirdiyi 4 oyunun hamısında uduzaraq sıfır xalla E qrupunda sonuncu yerdə qərarlaşıb. Qrupda keçiriləcək digər oyunda Slovakiya Macarıstanın qonağı olacaq. 9 sentyabr 20:00. Azərbaycan - Xorvatiya Baş hakim: Sandro Şerer "Bakcell Arena" 22:45. Macarıstan - Slovakiya "Qrupama Arena" 1. 4 3 0 1 6:4 9 2. 4 3 0 1 9:4 9 3. 4 2 0 2 4:4 6 4. 4 2 0 2 7:6 6 5. 4 0 0 4 4:12 0