“Azərbaycan xalqına neçə belə azad illər arzulayıram” – Əkrəm İmamoğlu

Baxış sayı:
262

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 18 oktyabr – dövlət müstəqilliyi günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə Ə. İmamoğlu “Twitter”də bildirib.

“Azərbaycanın dövlət müstəqilliyi gününü ürəkdən təbrik edirəm. Dost və qardaş xalqımıza neçə belə müstəqil və azad illər arzulayıram”, – deyə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vurğulayıb.