Azərbaycan Xalq Hərəkatı bu gün Qarabağ forumu keçirir.

Baxış sayı:
11275

Toplantı iştirakçıları, çıxış edənlər Dağlıq Qarabağ münaqişəsindəki mövcud durumdan, Ermənistan-Azərbaycan münasibətlərindən danışır, Qarabağın azad edilməsi uğrunda görülməli olan işlərdən danışırlar.
 
Sabiq baş nazir Pənah Hüseyn Qarabağ məsələsinin "namus-qeyrət məsələsi" olduğunu deyərək hamını torpağımızın azadlığı uğrunda çalışmalı olduğunu bildirib.
KXCP sədri Mirmahmud Mirəlioğlu Rusiyanın Ermənistanı maşaya çevirərək Azərbaycana qarşı məkrli siyasət yeritdiyini bildirib. M.Mirəlioğlu deyib ki, Azərbaycan ordusu Qafqazda ən güclü ordudur, Qarabağı azad edə bilər, ancaq buna siyasi iradə lazımdır.