Azərbaycan vətəndaşını Peterburqda soyublar

Peterburqda üç naməlum şəxs ticarət pavilyonunu qarət edib.
 
"İqtisadiyyat bu gün"ün bildirdiyi kimi, hadisə 19 avqust gecəsi Sankt-Peterburqun Primorsk rayonunda baş verib.
Qarətçilər şənbə günü gecə Planer küçəsindəki "24 saat" adlı ticarət pavilyonuna gələrək orada işləyən Azərbaycan vətəndaşına bıçaqla hədə-qorxu gəliblər. Sonra kassadakı 46 min rublu, həmçinin özləri üçün siqaretlər, qida məhsulları, eləcə də və satıcının şəxsi əşyalarını, mobil telefonunu və sənədlərini götürərək aradan çıxıblar.