Azərbaycan vətəndaşı Türkiyədə faciəvi şəkildə öldü - FOTO

Baxış sayı:
2338

Azərbaycan vətəndaşı Türkiyədə qəzada ölüb.

Muxalifet.az report-a istinadən bildirir ki, hadisə Türkiyənin Bursa şəhərində Nilüfər ilçəsinin Taxtalı Məhəlləsində qeydə alınıb.

Özəl fermer təsərrüfatında çalışan Şirvan sakini, 1988-ci il təvəllüdlü Seyidov Rauf Rəhim oğlu idarə etdiyi qoşqulu traktoru dönmə anında dərəyə aşırıb. Nəticədə traktorun altında qalaraq hadisə yerində həyatını itirib. Bu gün mərhumun cənazəsinin Türkiyədən gətirilməsi gözlənilir. Qohumlarının dediyinə görə, sentyabrın 15-də R.Seyidovun 30 yaşı tamam olacaqdı.

Faktla bağlı Bursa şəhərinin hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.