Azərbaycan və Ermənistanın XİN rəhbərləri görüşdü - YENİLƏNİB

Baxış sayı:
2385

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə ermənistanlı həmkarı Edvard Nalbəndyan ilə Vyanada görüşü başa çatıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.
 
*** 21:33

Xarici İşlər Naziri Elmar Məmmədyarov ATƏT-in MQ həmsədrlərinin vasitəçiliyi ilə Ermənistandan olan həmkarı E.Nalbəndyan ilə Vyanada görüşür.
Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev öz Twitter səhifəsində yazıb.
Onun sözlərinə görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin tezliklə həlli üçün substantiv, məntiqi və konkret əsaslı danışıqların aparılmasının zəruri olduğu vurğulanıb.