Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək – HƏMSƏDRLƏRLƏ BİR ARAYA GƏLƏCƏKLƏR

Baxış sayı:
5137

Azərbaycan və Ermənistan xarici işlər nazirləri yaxın vaxtlarda görüşə bilər. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Şərq Tərəfdaşlığı ölkələrinin 10-cu qeyri-formal görüşü çərçivəsində tədbirdə iştirak edən nazirlərin və nümayəndə heyəti başçılarının ümumi tanışlığı olub:

“Bunu görüş adlandırmaq olmaz. Ancaq razılıq ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin münaqişənin həlli ilə əlaqədar olaraq yaxın vaxtlarda görüşü keçiriləcək”. (Trend)