Azərbaycan və Ermənistan arasında ATƏŞKƏS ANLAŞMASI - Qərar qüvvəyə mindi

Baxış sayı:
837

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr yerli vaxtla saat 00:00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

Muxalifet.az xəbər verir k, bu barədə "Report"a Xarici İşlər Nazirliyindən bildirilib.

Qərar ATƏT-in Minsk Qrupu həmsədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının Prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həmsədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.