​Azərbaycan təyyarələri Qarabağda... - Rusiyadan Ermənistana ŞOK XƏBƏRDARLIQ

Baxış sayı:
2395

“Dağlıq Qarabağ zonasında müharibə başlayacaqsa və hərbi hərəkətlər Ermənistan ərazisinə keçməyəcəksə, Rusiya bu prosesə qarışmayacaq”.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Aleksandr Xramçik deyib.
Onun sözlərinə görə, Ermənistan “qırıcı aviasiyasına” malik deyil: “Onda yalnız hücum təyyarələri var, qırıcılar olmadığı üçün bu, faktiki olaraq faydasızdır. Qırıcılar yoxdursa, müharibə vaxtı hücum təyyarələrini qorumaq mümkün olmayacaq”.
Xramçik qeyd edir ki, müasir qırıcıların dəyəri 50 milyon dollar dəyərindədir.
“Rusiya müdafiə sənayesi həm öz ordusu, həm də Qazaxıstan ordusunun təchizatına görə yüklənib. Əgər Ermənistana qırıcıların verilməsi ilə bağlı qərar verilərsə, bu 2-3 ildən tez olmayacaq”, - deyə o bildirib.
Rusiyalı ekspert hesab etmir ki, pilotsuz təyyarələr aviasiyanın yoxluğunu kompensasiya edə bilər: “Hətta Ermənistanın Su-25 hücum təyyarələri də aviasiyanı kompensasiya edə bilmir. Hava Hücumundan Müdafiə sistemləri aviasiyanın yoxluğunu qismən kompensasiya edə bilər, lakin tamamilə yoxdur. Çünki bu sistemlər passiv müdafiədir, əks-zərbələr endirməyə imkan vermir. Bu taktika heç vaxt qələbəni təmin edə bilməz. Müasir dünyada aviasiyaya malik olmayan ölkə heç vaxt döyüşə bilməz”.