“Azərbaycan türklərinin milli varlığına sahib çıxamlıyıq”- MÜXALİF PARTİYA HAKİMİYYƏTƏ ÇAĞIRIŞ ETDİ: “İranda yaşayan soydaşlarımızın şərəf və ləyaqəti alçaldılır...”

Baxış sayı:
10888

Son vaxtlar İranın rəsmi şəxsləri, eləcə də İran elitasına daxil olan insanlar Kütləvi İnformasiya Vasitələrinə verdiyi açıqlamalarda, yeni ortaya çıxan əsərlərdə Azərbaycan türklərinin tarixi siyasi şəxsiyyətlərinin, eləcə də İranda yaşayan soydaşlarımızın şərəf və ləyaqətinin alçaldılmasına yönəlik səylər ənənə halını alıb.

Muxalifet.az xəbər verir ki, bu haqda Azərbaycan Demokrat Partiyasının yaydığı bəyanatda vurğulanır.
Qeyd olunur ki, İran prezidenti S.Ruhaninin Azərbaycanın böyük şəxsiyyəti Qacarı xain adlandırması, Nəsrədddin şahın şəkilinin unitaza çəkilib nümayiş etdirilməsi bu siyasətin bariz nümunəsidir. İranda qacarlar dövrünə aid bütün tarixi abidələrin dağıdılması, türk sülalələrini unutdurmağa edilən cəhdlər əslində İranda fars şovinizminin dövlət səviyyəsində boy göstərməsini sübut edir.
ADP İranla Azərbaycan arasında tarixi, dini əlaqələrin vacibliyini və və hazırkı şəraitdə İrana qarşı bəzi dövlətlərin koalisya yaratdığı bir vaxtda istər Güneydə, istərsə də Qüzeydə yaşayan türklərin milli hissiyatı ilə oynamağı təhlükəli, ilk növbədə İranın, bütövlükdə tarixi, mədəni tellərlə bir-birinə bağlı olan hər iki ölkənin maraqlarına zidd olduğunu bəyan edir.
Demokrat Partiyası İran hökumətini Azərbaycan türklərinin tarixinə, mədəniyyətinə, milli kimliyinə hörmət etməyə, xalqımızın tarixi şəxsiyyətlərini təhqir etməyə qalxan insanlar haqda ciddi tədbir görməyə çağırır.
ADP Azərbaycan hökumətini və xalqımızı Azərbaycan türklərinin milli varlığına, onun tarixi şəxsiyyətlərinə sahib durmağa, tariximizə, mədəniyyətimizə  yönəlik istənilən neqativ cəhdlərə qarşı həssas mövqe nümyayiş etdirməyə və İran dövlətinin dirçəlişində böyük rolu olan tarixi şəxsiyyətlərimizin xatirəsini əbədiləşdirməklə uca tutmağa çağırır.
Muxalifet.az