Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə təlimi başa çatdı

Baxış sayı:
1099

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimlərinin bağlanış mərasimi keçirilib.
Muxalifet.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət himnləri səsləndirilib.
Tədbirdə “Eternity - 2019” kompüter dəstəkli komanda-qərargah təlimində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu bildirilib.
Qonaqlar təlimin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda hər üç ölkə nümayəndələri bir-birlərinə hədiyyələr təqdim ediblər.