Azərbaycan, Türkiyə və Ahıska türkləri ABŞ-da nümayiş keçirən ERMƏNİLƏRİN CAVABINI VERDİLƏR

Baxış sayı:
9133

ABŞ-ın paytaxtı Vaşinqtonda toplaşan minlərlə türk 1915 hadisələri ilə bağlı Türkiyənin Vaşinqtondakı səfirliyinin binasının qarşısında nümayiş keçirən ermənilərə etirazlarını bildiriblər.
Əllərində türk bayraqları ilə erməni iddialarının həqiqəti əks etdirmədiyini bildirən Azərbaycan, Türkiyə və Ahıska türkləri Türkiyə-Amerika Milli Mərkəzininin müdirinin təşkil elədiyi tədbirdə toplaşdılar.

Şəhid diplomatların adlarını oxudular

Vaşinqton polisinin təhlükəsizlik tədbirləri gördüyü mitinq zamanı İstiqlal marşı oxuyan qrup erməni terrorçuların şəhid elədikləri türk diplomatların adlarını oxuyub.
TASC həmsədrləri Halil Mutlu ilə Günay Evinç də çıxışıları zamanı erməni daşnakları tərəfindən qətlə yetirilən Anadolu insanının faciəsinə görməməzliklə yanaşılmasının haqsızlıq olduğunu söyləyib.
Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç “Anadolu Agentliyi”nə müsahibə verərək erməni iddialarının tarixi reallıqla heç bir əlaqəsinin olmadığını vurğulayıb.
Kılıç deyib: “ABŞ prezidenti Donald Trampın çıxışında “Meds Yeghern” ifadəsindən başqa bir sıxıntı da var. O dövrdə erməni daşnak dəstələrinin qətl elədikləri minlərlə müsəlmanın adları niyə sayılmır?”
Türkiyənin ortaq tarix komissiyası təklifinin ermənilər tərəfindən qəbul edilmədiyini diqqətə çatdıran Kılıç deyib: “Bundan yüz il əvvəl meydana gəlmiş bir hadisə barəsində rəy vermək, nə ABŞ prezidentinin, nə də senatorların səlahiyyətlərinə daxil olan məsələ deyil. Siz hər hansı bir ortaq tarix komissiyasının, ya da məhkəmənin qərar vermədiyi bir məsələ ilə bağlı çıxıb mövqeyinizi bildirirsiniz və bunu da birtərəfli şəkildə edirsiniz. Digər tərəfin faciəsini isə görmürsünüz. Bu, ədalətli deyil. Biz, bu açıqlamanı qəbul etmirik”.
Qarşılıqlı şüarların səsləndirildiyi və təqribən 2,5 saat davam edən mitinqlər kriminal hadisə baş vermədən başa çatıb./Hurriyyet.org