​Azərbaycan tərəfindən axtarışa verilən qadın Rusiyada tutulub

Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən şəxs Rusiyada tutulub.
Muxalifet.az-ın apa-ya istinadən məlumatına görə, Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə barəsində axtarış elan olunmuş Gülnarə Nadir qızı Cabbarova Rusiyada saxlanılıb.
Hazırda onun Azərbaycana ekstradisiyası istiqamətində tədbirlər görülür.