"Azərbaycan “Sülh çeşməsi”nin təcrübəsini öyrənir" - Polkovnik Ramaldanov

Baxış sayı:
361

“Azərbaycan “Sülh çeşməsi”ni dəstəkləyir, izləyir və bu təcrübəni öyrənir”.

Bunu Moderator.az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib. Ekspertin sözlərinə görə, bu əməliyyat bəzi nüasnları ilə xüsusilə diqqət çəkir:

“Biz onu hansı formada izlədiyimizi açıqlamırıq. Lakin bu əməliyyatlar izlənilir. Azərbaycan üçün Türkiyənin apardığı uğulu hərbi əməliyyatlar olduqca maarqlıdır. Əldə edilən bütün məlumatlar təhlil olunur. Bundan sonra gərəkli məlumatlar üzərində təhlillər aparılır.

Azərbaycan sadəcə Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyatları deyil, dünyanın istənilən yerində gerçəkləşdirilən anti-terror əməliyyatını izləyir, diqqətdə saxlayır. Azərbaycan çalışır ki, məqamı çatanda bu təcrübədən faydalansın.

Türkiyə Silahlı Qüvvələri ilə bağlı verilən rəsmi məlumatda türk ordusunun Suriyanın içərisinə doğru 100 km-dən artıq irəlilədiyi bildirilir. Bu sürətin özü də Azərbaycan üçün çox maraqlıdır. Azərbaycan Qarabağda anti-terror əməliyyatına start versə, o zaman ordumuzun qarşısında duracaq əsas məsələ qısa zamanda işğaldakı torpaqları azad etmək olacaq. Biz maksimum sürətlə işğalçı qüvvələri darmadağın edib öz ərazi bütövlüyümüzü təmin etməliyik. Biz yüksək dağlıq-meşəlik şəraitində hərəkət etməli, düşmənin qabaqcadan möhkəmləndiyi mövqelərə hücum edərək onu oradan çxıarmalıyıq. Dağlıq Qarabağın “ən dərin yeri” 100 km-dən bir qədər çoxdur. “Sülh çeşməsi” əməliyyatı bu baxımdan da ölkəmiz üçün maraqlıdır.

Bir sözlə, biz “Sülh çeşməsi” əməliyyatını dəstəkləyir və bu təcrübəni öyrənirik. Xeyli sayda Azərbaycan vətəndaşı, eləcə də veteran hərbçilər türk ordusunun bu əməliyyatında iştirak etmək istəklərini dilə gətirir. Bunun özü Azərbaycan xalqının Türkiyənin haqq işinə verdiyi dəstəyin təzahürüdür. Azərbaycan dövlət və xalq olaraq Türkiyənin anti-terror əməliyyatını dəstəkləyir və təqdir edir. İnanırıq ki, bu əməliyyatlar uğurla yekunlaşacaq və öz məntiqi sonluğuna çatacaq”.