Azərbaycan sərhədləri tam bağlayır, uçuşlar dayandırılır - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
391

“Vətənə qayıtmaq hər bir azərbaycanlının təbii hüququdur, heç kəs onu məhdudlaşdıra bilməz və məhdudlaşdırmır. Amma texniki imkanlar, fövqəladə vəziyyətin, planlaşdırılmayan, gözlənilməz halda bizi yaxalamış situasiyanın yaratdığı məhdudiyyətlər var”.

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. 

İ. Məmmədov deyib ki, Azərbaycana qayıdan  istər vətəndaşlarımız, istər başqa ölkələrin vətəndaşları olsun, onların karantinə alınması 10 milyon əhalinin təhlükəsizliyini təmin etmək üçün çox vacibdir: “O insanların karantinə alınmadan ünvanlara buraxılması 10 milyon vətəndaşın təhlükəsizliyinə təhdid yaradır. Amma karantin infrastrukturun da bir həcmi, həddi var. Adamlar gəldikcə, karantinə yerləşdikcə, bu karantin infrastrukturunun imkanları tükənir. Hətta getdikcə daha çox xəstəxana bu prosesə cəlb olunur, sahibkarlar öz otellərini dövlətə qeyd-şərtsiz təqdim edirlər. Hətta bəzi sahibkarlar otellərdə karantinə alınmış insanları ərzaqla təmin edirlər, bu ağır zamanda dövlətlə, xalqla həmrəylik nümayiş etdirirlər. Amma bütün bunlara baxmayaraq, ölkəyə qayıdan insanların artması artıq getdikcə daha çox imkanlar tələb edir. Bu imkanlar da sərhədsiz, hüdudsuz deyil. Yəqin ki, Azərbaycana qayıdışın, bu axınının hansısa formada qarşısının alınmasına ehtiyac var”./apa