​Azərbaycan sərhəddində DƏHŞƏTLİ HADİSƏ: Maşınları və heyvaları... - Video

Baxış sayı:
4387

Dağıstana yağan leysan yağışları bir neçə bölgədə daşqınlara səbəb olub.
Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində insan itkisi olmasa da kəndlərə böyük ziyan dəyib. Sel kommunikasiya xətlərini yararsız vəziyyətə saldığından bəzi bölgələrlə əlaqə kəsilib.
Selin kəndlərdə mal-qaranı, avtomobil və məişət əşyalarının yuyub aparmasının görüntüləri yayılıb. Ekspertlər bu cür güclü daşqında insan tələfatının olmamasını möcüzə adlandırıblar.