​Azərbaycan şəkər idxalını 5 dəfədən çox azaldıb

Baxış sayı:
310

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 8 mln. 641,17 min ABŞ dolları dəyərində 19 min 145,94 ton şəkər idxal edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 4 ilə müqayisədə 83 min 282,24 ton və ya 5,35 dəfə azdır. Məbləğ baxımından isə illik nisbətdə 39 mln. 460,24 min dollar və ya 5,57 dəfə azdır.
Xatırladaq ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 48 mln. 101,41 min dollar dəyərində 102 min 428,18 ton şəkər idxal edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında şəkər idxalı Azərbaycanın ümumi idxalının 0,29%-ni təşkil edib.