Azərbaycan şahmatçıları AVROPA ÇEMPİONU OLDU

Azərbaycanın kişilərdən ibarət şahmat üzrə yığma komandası Krit adasında (Yunanıstan) keçirilən Avropa komanda çempionatının qalibi olub.
 
Son turda Ukrayna komandası ilə heç-heçə oynayan şahmatçılar turniri 14 xalla yekunlaşdırıb.
Belə ki, Azərbaycan-Ukrayna matçında Şəhriyar Məmmədyarov-Pavel Elyanov, Teymur Rəcəbov-Yuri Krivoruçko, Arkadi Naydiç-Ruslan Panomaryov və Rauf Məmmədov-Martın Kravtsiv görüşləri keçirilib.
Bütün cütlüklər heç-heçə oynayıb. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Rusiya yığması 9-cu turda Almaniyadan üstün olub və çempionatı həmçinin 14 xalla bitirib.
Lakin əlavə göstəricilərin cəminə görə Azərbaycan yığması çempionatın qalibi adını qazanıb./trend.az