"Azərbaycan resurs gəlirlərini büdcəyə ən çox cəlb edən ölkədir" - QUBAD İBADOĞLU

Baxış sayı:
8692

"Bugünlərdə Maliyyə Nazirliyi 2020-ci il üçün büdcə layihəsinin bir sıra göstəricilərini açıqlayıb. Onlar arasında ən çox diqqət çəkən 2 göstəricini müqayisəli şəkildə təqdim edirəm. Məlumatınız üçün onu da bildirmək istərdim ki, bu ölkələr arasında resurs gəlirlərini büdcəyə ən çox cəlb edən Azərbaycandır". Muxalifet.az xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur. Qubad İbadoğlu bildirib ki, Maliyyə Nazirliyinin hesablamalarına görə, 2020-ci il üçün dövlət büdcə gəlirlərinin 43 faizi qeyri-neft sektorunun, 57 faizi neft sektorunun payına düşəcək: "Baxmayaraq ki, İqtisadiyyat Nazirliyinin hazırladığı orta müddətli dövrdə (2020-2023-cü illərdə) ÜDM-in tərkibində qeyri-neft sektoru 65,8 faiz, neft sektoru isə 34,2 faiz proqnozlaşdırılıb. Qazaxıstanda dövlət büdcəsinə transfertlərin həcmi cari dövrün məzənnəsi ilə 8 mlrd. ABŞ dolları həcmində müəyyənləşdirilib. Qaydalara görə transfertin məbləği iqtisadiyyatın durumundan asılı olaraq 15 faiz artırılıb-azaldıla bilər. Qazaxıstan parlamentinə ölkədə iqtisadi artım olanda transfertin məbləğini 8 mlrd. dollardan 15 faizə qədər azaltmaq, iqtisadi tənəzzül olanda isə həmin məbləğə 15 faiz əlavə etmək hüququ verilib. Odur ki, Qazaxıstanda iqtisadi artım olduğunu nəzərə alanda büdcə gəlirlərində milli fonddan birbaşa trasfertlərin payı 25 faiz ətrafındadır. Lakin 2020-ci ilin büdcəsi üçün nəzərdə tutulan transfertin payı 48 faiz təşkil edəcək".