Azərbaycan prezidentliyinə üçüncü namizəd – İSA QƏMBƏR

Müsavat Partiyasının keçmiş lideri İsa Qəmbər 2018-ci ilin prezident seçkilərində öz namizədliyini irəli sürəcək.
Virtualaz.org-un məlumatına görə, bu barədə jurnalistlərə partiyanın mətbuat xidmətindən bildirdilər.
Beləliklə, İsa Qəmbər növbəti ildə prezident postu uğrunda mübarizə aparmaq niyyətində olduğunu açıq bildirən üçüncü siyasətçi oldu. Ona qədər bunu parlamentin mühacirətdə olan keçmiş spikeri Rəsul Quliyev və sabiq deputat Hüseyn Abdullayev etmişdilər.
Xatırladaq ki, İsa Qəmbər uzun illər Azərbaycan müxalifətində əsas fiqurlardan biri olub. 2003-cü ildə o, prezident seçkilərində müxalifətdən əsas namizəd idi, ancaq seçkiləri uduzdu. 2014-cü ildə o, Arif Hacılını öz varisi adlandırdı və Müsavat Partiyasının başqanı vəzifəsindən istefa verdi. Partiyanın VIII qurultayı "Müsavat"ın başqanı vəzifəsinə Arif Hacılının namizədliyini təsdiq etdi.