​“Azərbaycan prezidenti ilə operativ əlaqə yaradırıq...” – PAŞİNYAN ƏLİYEVLƏ GÖRÜŞÜ HAQDA

Baxış sayı:
7039

Ermənistan baş naziri ilə Azərbaycan prezidenti arasında operativ əlaqə mexanizmi hələ ki qurulmayıb.
Muxalifet.az
azvision.az-a istinadən xəbər verir ki, bu dəqiqələrdə parlamentdəki çıxışı zamanı Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə söhbətindən danışan Ermənistanın baş naziri Nikol Paşinyan belə deyib.
“Azərbaycan prezidenti ilə operativ əlaqənin yaradılması istiqamətində iş gedir. Məmnunluqla deyə bilərəm ki, son günlər təmas xəttində vəziyyət müqayisəolunmaz dərəcədə daha sakitdir” – Paşinyan vurğulayıb.
Qeyd edək ki, sentyabrın 28-i Düşənbədə MDB dövlət başçılarının sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayaqüstü qısa söhbət baş tutub. Söhbət zamanı İlham Əliyevlə Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər. Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.