Azərbaycan Premyer Liqasında XXVI turun daha İKİ OYUNU KEÇİRİLƏCƏK

Baxış sayı:
3112

Bu gün Azərbaycan Premyer Liqasında XXVI turun daha iki oyunu keçiriləcək.
"Report"un məlumatına görə, oyunlardan biri paytaxtda, digəri isə Qəbələdə baş tutacaq.
Günün ilk oyununda "Səbail” doğma meydanda "Zirə” ilə üz-üzə gələcək. Bu komandalar yalnız cari mövsüm qarşılaşıblar. İki görüşdə "Zirə” qələbə qazanıbsa, bir qarşılaşma heç-heçə başa çatıb. Top fərqində qonaqların üstünlüyü var – 4:2. "Zirə” rəqibinə qarşı keçirdiyi hər 3 matçda qol vurub.
Günün digər matçında "Qəbələ” "Keşlə”ni qəbul edəcək. Bu qarşılaşma komandalar arasında yubiley oyunu olacaq. Onlar indiyədək 39 dəfə üz-üzə gəliblər. 11 oyunda "Qəbələ” meydanı 3 xalla tərk edibsə, 14 matçda paytaxt təmsilçisi qələbəyə sevinib. 14 görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində də "Keşlə” klubu öndədir - 50-39. Paytaxt klubu həmçinin 10 oyundur rəqibini məğlub edə bilmir. "Qəbələ” bu komandaya qarşı 6 oyundur meydanı qolsuz tərk etmir.
 
Premyer Liqa, XXVI tur
5 may (şənbə)

"Qəbələ” – "Keşlə”
Hakimlər: Rəvan Həmzəzadə, Elşən Acalov, Məmmədəli Kərimov, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu, 19:00
 
"Səbail” – "Zirə”
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Fazil Mürşüdov
"Bayıl Arena”, 17:00
Tura sabah keçiriləcək "Qarabağ" - "Neftçi" matçı ilə yekun vurulacaq.