“Azərbaycan oyaqdır, Bakı Təbrizə dayaqdır!” - BAKIDA AKSİYA KEÇİRİLİB

Baxış sayı:
16459

Azərbaycan Xalq Hərəkatının (AXH) bir qrup fəalı İranın Azərbaycandakı Səfirliyi qarşısında İran Azərbaycanında əhalinin dinc nümayişlərinə divan tutulmasına etiraz olaraq “Azərbaycan oyaqdır, Bakı Təbrizə dayaqdır!” şüarı ilə etiraz piketi keçirib. Polisin müdaxiləsinə baxmayaraq aksiya iştirakçıları İran Səfirliyinin qarşısınadək irəliləyib və qətnamələrini oxuyub. Polis piketi dağıdıb və bir neçə fəal saxlanılıb. Fəallar bir qədər sonra polis şöbələrində xəbərdarlıq edilərək sərbəst buraxılıb. Azərbaycan Xalq Hərəkatının bəyanatında deyilir ki, noyabrın 23-də AXH üzvləri tərəfindən İranın Azərbaycandakı böyük elçiliyi qarşısında, İranda son günlər yaşanan kütləvi xalq etirazları zamanı İran türklərinin hakimiyyət orqanları tərəfindən təqib, təzyiq və qətlləri ilə bağlı etiraz piketi keçirilib. 'Piketçilər şüarlar səsləndirib, İran böyük elçiliyinə qətnamə təqdim edəndən dərhal sonra saxlanılaraq polis idarəsinə aparılıb. AXH piket iştirakçılarının həbsini qətiyyətlə pisləyir və Azərbaycan hakimiyyətindəin onların dərhal azad edilməsini tələb edir," sənəddə deyilir./"Amerikanın səsi"