Azərbaycan ordusunda silsilə tədbirlər - Müstəqillik günü

Baxış sayı:
7588

Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin elan edilməsinin 27 illiyi münasibətilə Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə bayram tədbirləri təşkil olunub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Təsdiq olunmuş plana əsasən hərbi hissələrdə keçirilən bayram konsertləri, mədəni-kütləvi, hərbi vətənpərvərlik və digər tədbirlərdə şəxsi heyət, veteranlar, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Keçirilən tədbirlərdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Gəncə Qarnizon Zabitlər Evinin, rayon və şəhər mədəniyyət qurumlarının kollektivləri maraqlı proqramlarla şəxsi heyət qarşısında çıxışlar ediblər.