Azərbaycan ordusunda “NATO günləri”

Baxış sayı:
2959

Azərbaycan ordusunda "NATO günləri" başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Hərbi Hava Qüvvələrinin komandanlığını ziyarət edəcək.
Tədbir çərçivəsində zabit və kursant heyəti üçün "NATO-nun strukturu və vəzifələri", "Azərbaycan-NATO əməkdaşlığı", "NATO-nun Əməliyyat İmkanları Konsepsiyası", "NATO və Kibertəhlükəsizlik" və digər mövzularda mühazirələr təqdim olunacaq.
Azərbaycan ordusunda "NATO günləri" oktyabrın 5-dək davam edəcək.