Azərbaycan Ordusu yeni dayaq məntəqələrini azad edib - MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA

Baxış sayı:
1552

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.