Azərbaycan Ordusu Xankəndini mühasirəyə alacaq - Ermənistandan SENSASİON XƏBƏRDARLIQ

Baxış sayı:
8950

Qarabağdakı erməni hərbçilər qarşıdakı müharibə haqqında danışırlar.
Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılan separatçı rejimin keçmiş “müdafiə naziri” Levon Mnasakyan “Qarabağ münaqişəsinin həlli yolu yeni müharibədir və bu, gec-tez başlanacaq”, - deyib.
Ermənistanın “Verelq” informasiya-analitik portalı yazır ki, Vyanada görüş keçirilsə də, münaqişənin nizama salınması dərin böhrandadır.
“Azərbaycan Dağlıq Qarabağı bütövlükdə qaytarmaq istəyir, Ermənistan isə “Madrid prinsipləri”ni həyata keçirməyə hazırlaşmır. Bunun fonunda Azərbaycan fəal silahlanır. Proqnozlara görə, müharibə Qarabağ və Naxçıvan cəbhəsində eyni vaxtda başlanacaq. Azərbaycan Ordusu Ağdam üzərindən dəhliz açacaq və Xankəndini mühasirəyə alacaq. 2016-cı il “aprel müharibəsi”ndə Azərbaycan Ordusu Talışda mövqelərini gücləndirdi və bunun vasitəsilə Ağdərə, Sərsəng su anbarı, həmçinin, Ermənistan və Qarabağı bağlaya Ağdərə yoluna nəzarət ələ aldı. “Aprel müharibəsi” bu baxımdan yeni müharibədə Azərbaycanın önə keçməsini təmin etdi”, - deyə saytın analitikləri düşünürlər./Publika.az