Azərbaycan ordusu şəhid mayorun qisasını aldı? – ERMƏNİ MEDİASINDAN AÇIQLAMA

Baxış sayı:
7882

İyunun 1-də saat 07:30-da 19 yaşlı erməni əsgər Sipan Melkonyan Azərbaycan snayperi tərəfindən vurulub. Ermənistan KİV-in məlumatına görə, hadisə cəbhənin cənub istiqmətində baş verib. Xatırladaq ki, iki gün öncə həmin ərazinin yaxınlığında erməni tərəfin açdığı atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin mayoru Aqil Ömərov (1983-cü ildə anadan olub) həlak olub./Turan