Azərbaycan ordusu müasir QIRICILARLA GÜCLƏNDİRİLİR – Ermənistan TƏŞVİŞDƏ

Baxış sayı:
5119

Azərbaycan Pakistanla "THUNDER JF-17 Block 2” qırıcılarının alınması və çatdırılması haqqında müqavilə imzalayıb.
Muxalifet.az  xəbər verir ki, bu haqda "news.am” saytına danışan erməni hərbi eksperti Van Ambartsumyan deyib.
"Mən deyə bilmirəm, onlar bu qırıcılardan nə qədər almağı planlaşdırırlar, amma Bakı qırıcıları artıq bu il almağı planlaşdırır. Faktiki olaraq, "THUNDER JF-17 Block 2” Çinin "FC-1 Xiaolong” qırıcısının təkmiləşdirilmiş və modernizasiya olunan versiyasıdır. Pakistan versiyası hava döyüşünün aparılması, yerüstü, yeraltı, və suüstü hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub. Əsas onun üstünlüklərindən biri də odur ki, o Rusiya rəqibindən (Rusiyanın "Su-30SM” qırıcılarından söhbət gedir –red.) əhəmiyyətli dərəcədə daha ucuz başa gəlir və döyüş xarakteristikaları üzrə ondan geri qalmır”, - ekspert izah edib.
Ambartsumyan qeyd edib ki, Pakistan təyyarəsinin döyüş xarakteristikaları əsasən Türkiyə istehsalı və daha müasir olan ASELPOD elektro-optik hədəfləmə sistemləri ilə təchiz edilməsi nəticəsində yüksəlir.